Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Xərçəngdən qoruyan ən dadlı tərəvəz

Pomidor ən dadlı tərəvəzlərdən biridir. Pomidorun vətəni Amerikadır. Maraqlıdır ki, əvvəllər pomidor dekorativ bitki kimi becərilirdi.

Pomidorun gülləri varlı insanların bağlarını bəzəyirdi. Pomidor qidada istifadə olunmurdu. Bu tərəvəz çox zəhərli sayılırdı. Bir rəvayətə görə, orta əsrlərdə bir kralın aşbazı kralı öldürmək məqsədi ilə onun yeməyinə kiçik miqdarda pomidor əlavə edib. Kral yeməyi yeyib və təbii ki, sağ qalıb. Aşbaz isə qorxu və həyəcandan xəstələnib və ölüb.
Təxminən 18-ci əsrdən başlayaraq pomidor Avropada qidada istifadə olunmağa başlandı.
Pomidor bir çox faydalı maddələrlə zəngindir. Tərkibində orqanik turşular, A, B2, B6, niasin, nadir K vitamini, yod, maqnezium, dəmir, kalium, kalsium, manqan, sink kimi minerallar var. Aile.lent.az saglamolun.az-a istinadən pomidorun faydalarını təqdim edir.

Pomidorun tərkibində çox güclü antioksidant likopin var ki, bu maddə xərçəng əleyhinə təsirə malikdir. Araşdırmalar nəticəsində sübut olunub ki, pomidorların daim qəbulu kişilərdə prostat xərçənginin riskini azaldır. Bundan əlavə pomidor digər növ xərçəng xəstəliklərinin (mədəaltı vəzi, süd vəziləri, ağ ciyər xərçəngi) profilaktikası sayılır. Belə hesab olunur ki, pomidorun tərkibində olan maddələr hətta əmələ gəlmiş xərçəng hüceyrələrini məhv edir.
Sübut olunub ki, likopin çiy pomidorlardan deyil, bişmiş, pörtlənmiş pomidordan daha yaxşı mənimsənilir. Çiy vəziyyətdə pomidor bitki yağı ilə qəbul olunmalıdır. Bu səbəbdən yay salatları hazırladıqda onlara mütləq bitki yağı əlavə edin.

Kaliumla zəngin olan pomidor ürək-damar xəstəlikləri zamanı çox xeyirlidir.

B qrupu vitaminlərlə zəngin olan pomidor sinir sisteminin vəziyyətinə yaxşı təsir edir, antidepressant (depressiya əleyhinə) xüsusiyyətlərə malikdir.

Pomidorun tərkibində fitonsid maddələri var. Bu maddələr sayəsində pomidorun iltihab və bakteriyalar əleyhinə xüsusiyyətləri var.

Pomidor həmçinin yodla zəngindir. Bu səbəbdən bu tərəvəz qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir.

Az kalorili pomidor arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdə istifadə oluna bilər.

Pomidor şirəsi çox faydalı məhsuldur. Onun tərkibində çoxlu miqdarda karotin, lizin və kalsium var.

Nəzərinizə çatdıraq ki, pomidorun bütün bu faydalı xüsusiyyətlərlə faydalanmaq üçün ekoloji təmiz şəraitdə becərilmiş məhsul seçmək lazımdır.
Bütün bu faydalı xüsusiyyətlərlə yanaşı pomidor bəzi xəstəliklər və pozulmalar zamanı insana ziyan gətirə bilər.

Belə ki, pomidor yüksək allergik xüsusiyyətlərə malikdir və bu səbəbdən allergiyadan əziyyət çəkən insanlar bu tərəvəzdən sui-istifadə etməməlidir.

Pomidorun tərkibində çoxlu miqdarda turşu var ki, bu səbəbdən tərəvəz böyrək xəstəlikləri, öd daşı xəstəliyi və bəzi dayaq-hərəki xəstəliklər zamanı əks-göstəriş sayılır. Əgər böyrəklərdə oksalat və ya fosfat daşları varsa, pomidorların daim qəbulu onların daha da böyüməsinə səbəb olacaq./lentaz/
808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı