Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Məhv edilən Cəlilabad meşələri

Cəlilabad rayonunda meşələrin məhv edilməsi prosesi əvvəlki qaydada davam edir. Gunxeber-ə daxil olan məlumata görə, dəfələrlə mətbuatda bu barədə yazılmasına və Cəlilabaddakı “yaşıl soyqırım”ın ciddi tənqid olunmasına baxmayaraq, rayon rəhbərliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsi meşə massivinin məhv olunmasının qarşısının alınması üçün heç bir iş görmür. Əksinə rayondan gələn məlumatlarda onların da Cəlilabaddakı meşə qırğınında əlinin olduğu və bu işdən külli-miqdarda para qazandıqları iddia olunur. Cəlilabadda yüksək vəzifəli məmurların meşələrə divan tutması ilə yanaşı kasıb yerli əhali də çörəkpulunu meşədən odun qırıb satmaqdan çıxarırlar. Onların gözü qarşısında meşələri məhv edən məmurlar isə əhaliyə göz yumur.
Əldə etdiyimiz məlumatlarda bildirilir ki, belə davam etsə, Cəlilabad meşələrindən əsər-əlamət qalmayacaq.
469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09
Putindən dünyaya: