Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Ukraynada ağır döyüşlər, ölənlər və yaralananlar var

Son gün ərzində Ukraynanın şərqində gedən toqquşmalarda 4 rusiyapərəst separatçı, bir Ukrayna əsgəri və bir nəfər dinc sakin həlak olub.

Bu haqda Ukrayna Antiterror əməliyyatı qrupunun sözcüsü Andrey Lısenko açıqlama verib.

Mülki şəxs Donetsk yaxınlığındakı Koks-kimya zavoduna mərmi düşməsi nəticəsində ölüb.

Lısenkonun sözlərinə görə, zavodda baş verən yanğın nəticəsində kiçik sızma baş verib. Andrey Lısenko əlavə məlumat verməyib.

Onun sözlərinə görə, baş verən son toqquşmalarda ümumilikdə 12 Ukrayna əsgəri yaralanıb.

Hər iki tərəfin məlumatına görə, ən ağır toqquşmalar Mariupol şəhərinin ətrafındakı Şirokine kəndində olub.

Qeyd edək ki, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən toqquşmalarda 6 mindən çox adam ölüb./ans/
442 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:39