Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2013

Prezident yenə də qızını “vurdu”

Daşkənddə Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovaya məxsus “Dəb evi” və onun adını daşıyan “Guli” mağazası da bağlanıb.
Özbəkistan KİV-ləri xəbər verir ki, “Dəb evi”nin qarşısındakı mühafizəçilər binaya ciddi nəzarət edir, şəkil çəkməyə belə icazə vermirlər.
Xatırladaq ki, üç gün öncə Özbəkistanın Mərkəzi Bankı Gülnarə Kərimovaya məxsus “Kredit-Standart” bankının lisenziyasını ləğv etmişdi. Mərkəzi Bank rəsmi açıqlama verərək, “Kredit-Standart”ı mövcud bank qanunvericiliyini pozmaqda ittiham etmişdi. Lakin bankın hansı qanunvericiliyi pozduğu barədə açıqlama verməkdəm imtina etmişdi.
Noyabrın ortalarında isə Daşkənddə prezident qızına məxsus “Premier Hall” kinoteatrı və əyləncə-ticarət mərkəzi olan “City Makon” da bağlanmışdı. Fəaliyyəti dayandırılan obyektlər arasında İslam Kərimovun qızına məxsus bir sıra brend mağazaların da adları var.
1852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı