Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

ABŞ həyəcanda: “Rusiya və Çin liderliyinə az qalıb”

ABŞ Hərbi Hava qüvvələrinin komandanı Mark Velsh Vaşinqton rəhbərliyini müdafiə büdcəsini azaltdığı üçün tənqid edərək, Rusiya və Çinin yaxın gələcəkdə ABŞ-ı ötəcəyini bildirib.

“Fox News” televiziyasına danışan general Rusiya və Çinin çox böyük sürətlə silahlandığını deyib:

“Rusiya və Çin hazırkı templə inkişafını davam etdirsə, önümüzdəki 3-5 il ərzində bir çox sahədə ABŞ-ı geridə qoyacaq”.

General Velsh ABŞ-ın F-35 və F-22 döyüş təyyarələri istisna olmaqla digər ölkələrə hərbi texnologiya cəhətdən heç nə verə bilmədiyini etiraf edib:

“ABŞ Hava Müdafiə Qüvvələrinin digər problemi döyüş təyyarələrinin çatışmazlığıdır. Yeni təyyarələrə üstünlük verilməlidir. Düşünürəm ki, F-22-nin nələr edə biləcəyini artıq gördük. Hazırda 50 ölkə Rusiya və Çin istehsalı reaktiv təyyarələrdən istifadə edir”.

Xatırladaq ki, F-22 qırıcıları ilk dəfə 2014-cü ilin oktyabrında Suriyada İŞİD-ə qarşı endirilən aviazərbələr zamanı istifadə olunub. Həmin tarixdən etibarən ABŞ bütün əməliyyatlarında F-22 qırıcıları istifadə olunur./axar/
450 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber