Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

Rusiyanın Kiyevdəki konsulu rusiyalı əsirlərlə görüşdü

Rusiyanın Ukraynadakı konsulu Aleksey Qrubıy Kiyev hospitalında Donbasda yaralanaraq saxlanılan rusiyalı zabitlər Aleksandrov Aleksandra və Evgeniy Yerofeevə baş çəkib. Bu barədə “RİA Novosti”yə Rusiya səfirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda Rusiya vətəndaşlarının səhhətinin normal olduğu bildirilir. Xəstəxananı arxa qapıdan tərk edən konsul jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırıb.

Saxlanılan rusiyalıların ukraynalı pilot Nadejda Savçenkoya dəyişdirilməsinin mümkünlüyü ilə bağlı suala qısa cavab verib: “İstintaq dövründə dəyişməkdən söhbət belə gedə bilməz”.

Qeyd edək ki, mayın 16-da ukraynalı hərbçilər Donbasda iki yaralı rusiyalı zabiti saxlayıb. Rusiya Müdafiə Nazirliyi saxlanılan şəxslərin rusiyalı olduğunu təsdiqləyib lakin onların orduda xidmət etmədiyini qeyd edib./apa/
618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
Go to TOP