Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

Depardye: “Rusiya üçün canımı verərəm”

Dünyaca məşhur aktyor jerar Depardye Fransanın “Voici” jurnalına müsahibə verib.

Özünü fransız kimi hiss etmədiyini bildirən məşhur aktyor bədbin fikirlər səsləndirib.

“Heç nəyə inancım yoxdur. Xüsusən də özümə. Bəzi gecələr yatıb bir daha oyanmaq istəmirəm”, - deyə J.Depardye pərəstişkarlarının ürəyincə olmayan sözlər işlədib.

2013-cü ildə Rusiya vətəndaşlığını almış fransız aktyoru, lakin Rusiya üçün həyatından keçməyə hazır olduğunu bildirib.

"Mən Rusiya uğrunda canımı verərəm, burada güclü insanlar yaşayır; mən axmaq kimi indiki Fransada çürüyüb ölmək istəmirəm", – deyə 66 yaşlı aktyor sözlərinə əlavə edib.

Rusiyanı çox sevdiyini vurğulayan aktyor - “Putinin ölkəsində yaşamaq çox gözəldir”, deyib.
689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP