Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

​İran İraqa İŞİD əleyhinə 100 “Skad” verməyə hazırdır

İran İraqa Ənbar əyalətinin mərkəzi Ramadini İŞİD terror qruplaşmasından azad eləmək üçün aparılacaq hərbi kampaniyaya “yer-yer” tipli 100 ədəd “Skad” raketi verməyə hazırdır. Bu barədə “əl-Ərəbiyə” kanalı xəbər yayıb.
Məlumata əsasən İraqın paytaxtı Bağdadda Ramadidəki döyüşlərə cəlb edilmiş İraq xalq könüllü dəstələri ilə İran kəşfiyyatının yüksək çinli zabitləri arasında görüş olub. Görüşdə “yer-yer” tipli 100 ədəd “Skad” raketinin İŞİD-ə qarşı əməliyyatlarda istifadə üçün könüllülərə verilməsinin müzakirə olunduğu deyilir.
O da bildirir ki, İran hərbçiləri artıq raketlərin Ənbar əyalətinə çatdırılmasının marşrutunu da işləyib hazırlayıblar.
540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...