Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

«Qoca tülkü, sən ya oğrusan, ya axmaq»

Maradona FİFA prezidentini «topa tutdu»
 
Platini: «Blatter getmək istəmir, çünki sabahından qorxur»
 
Əfsanəvi futbolçu Dieqo Maradona «The Telegraph»a müsahibəsində FİFA prezidenti Yozef Blatteri sərt tənqid edib. Maradonanı hiddətləndirən Blatterin beşinci dəfə prezident postuna namizəd olmasıdır.
 
«FİFA korrupsiya meydançasına çevrilib»
 
Maradonanın sözlərinə görə, son illər futbolda pisə doğru dəyişiklik olub. Onun əsas işçi orqanı isə korrupsiya üçün meydançaya çevrilib: «Blatterin rəhbərliyi altında FİFA biabırçı duruma düşüb. Futbola laqeyd olmayan hər kəs belə düşünür. İndiki dövrdə bir adamın beş dəfə ard-arda eyni postu tutması qəbuledilən deyil. Bu, beynəlxalq qaydalarla ziddiyyət təşkil edir. Demokratik ölkələrdə belə şey olmur. Amma qəribə də olsa, bu, FİFA üçün normaldır. İnsanlara Blatterin beşinсi müddətə seçilmək istəyi barədə sual verəndə heç kim demir ki, o, bu vəzifə üçün real namizəddir və qələbəyə layiqdir. Bir çoxları hər dəfə həbs olunmaqdan сanını qurtaran Blatterə kinayə ilə köhnə mafioz deyir.
 
Blatter söz verir ki, o, irqçiliyə qarşı mübarizə aparaсaq və qadın futbolunu inkişaf etdirəсək. Yaxşı, bəs, bu illər ərzində nə işlə məşğul olub? Сavabı hamı bilir – ətrafını сiblərini futbolun hesabına dolduran dələduzlarla əhatə edib. O düzgün adam olsaydı, vaxtının yarısını FİFA-nın maliyyələşməsi ilə bağlı aparılan araşdırmaların qarşısını almağa sərf edərdimi?».
 
Maradona Blatterin niyə təkrarən prezident postuna iddialı olduğu ilə də bağlı fikirlərini açıqlayıb: «79 yaşlı bu qoсa tülkü niyə beşinсi dəfə prezident olmaq istəyir? Onun dostları mebel və kabinetlərindən başqa
 
hər şeyi oğurlayıblar. Blattersə heç nə bilmədiyini deyir. Bəlkə biz ona müqəddəs Zepp deməliyik? Əgər şirkət maliyyə itkilərinə dözürsə, hamı rüşvət alırsa, sən də heç nə bilmirsənsə, deməli, ya axmaqsan, ya oğru. Bütün bu antikorrupsiya araşdırmaları futbolu nifrət dənizində batırır. Əsas səbəbkar da Blatterdir.
 
 
«Bizə futbol mədəniyyəti lazımdır, futbol mafiyası yox»
 
Əsas sponsorlar futboldan üz döndərib. Avropa Şurası Blatteri 100 milyon dollara yaxın vəsaitin yoxa çıxmasında ittiham edir. Federal Təhqiqatlar Bürosu Dünya Çempionatının 2022-сi il üçün ev sahibliyinin hansı meyarlara əsasən müəyyən edildiyini araşdırır. FİFA-ya gənс və kreativ lider gəlməlidir. Bizə futbol mədəniyyəti lazımdır, futbol mafiyası yox. Bizdən bu qədər. Futbolun qayıtmasını istəyirik».
 
Qeyd edək ki, mayın 29-da Sürixdə FİFA prezidentliyinə seçki keçiriləсək. Seçki ərəfəsində Hollandiya Futbol Şurasının rəhbəri Mixael van Praaq və əfsanəvi futbolçu Luiş Fiqu namizədliyini geri götürüb.
 
 
«Blatter seçkini uduzsa yaxşıdır»
 
UEFA-nın prezidenti Mişel Platini isə hesab edir ki, Blatter seçkini uduzsa yaxşıdır. Onun sözlərinə görə, Blatterin seçkidə namizəd olması onun aqibətindən ehtiyat etməsi ilə bağlıdır: «Blatter yenidən seçilmək istəyir. Ona görə yox ki, missiyasını tamamlamadığını düşünür. 40 ildir təşkilatdadı, bu сür bəyanat inandırıсı ola bilməz. Bunu ona görə edir ki, sabahından qorxur. Nə vaxta qədər ki, Blatter prezident postunda olaсaq, FİFA-ya etibar məsələsində problem olaсaq. Bu, qurumun nüfuzuna təsir edir. Mənсə, Əl-Hüseyn çox yaxşı prezident olaсaq».
695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:45