Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

Əliyev niyə yalnız 42 villadan danışır?

İlham Əliyev dənizkənarı iqamətgahlardan, rayonlardakı qəsrlərdən, mərkəzdəki saraylardan da xəbərsizdi?

Mayın 19-da Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi hələ də yandırmağa davam edir. Yəni, bu hadisə hakimiyyətin yalanlarını da yandırdı, dövlət strukturlarının nə qədər iflic vəziyyətdə olduğunu üzə çıxardı. Eyni zamanda yanğınla bağlı prezidentin keçirdiyi müşavirə də gündəmə çevrildi. Ölkə başçısının müşavirədə səsləndirdiyi fikirlər hələ də müzakirə mövzusudur. Xüsusilə də qanunsuz tikililərlə bağlı prezidentin çıxışı cəmiyyətdə birmənalı qarşılanmadı və sosial şəbəkələrdə də gülüş obyektinə çevrildi.
Belə ki, məlum müşavirədə Ilham Əliyev bildirdi ki, qanunsuz tikilmiş villaların sahiblərini tapmaq mümkün deyil. Milyonluq villaların sahibləri tapılmadığına görə ölkə başçısı şəhər merinə “bu villaları sök, görək altından kim çıxır” tapşırığı verib. Indi gündəmin əsas mövzusu 42 villanın sökülməsidir.
Təbii ki, bu villaların sahiblərinin kimliyi ölkə başçısına da məlumdur. Çünki, bu ölkədə milyonluq villaları yalnız məmurlar tikə bilər. Digər tərəfdən əgər prezident bu villaların sahiblərini tanımırsa və tapmaq istəyirsə, bunun üçün 10 dəqiqə kifayət edər. Elə bugünlərdə YAP-çı deputat Eldar Ibrahimov da təsdiqlədi ki, villaların sahiblərini hamı tanıyır. Yəni, bu villaları sökməkdə məqsəd sahiblərini tapmaqdırsa, Ilham Əliyev millət vəkilindən bunu öyrənə bilərdi. Elə şəhər meri Hacıbala Abutalıbov da jurnalislərə açıqlamasında bildirib ki, həmin villaların arxasında müəyyən güclər dayanır.
Amma bütün bunları yazmaqda məqsədimiz tamam başqadır. Görəsən, ölkədə qanunsuz tikili yalnız bu ərazidəki villalardan ibarətdirmi?
Ilham Əliyev başqa qanunsuz tikililərdən xəbərdar deyilmi?
Əvvəla, maaşı 1000-1500 manat olan məmurların tikdirdiyi 2-3 milyonluq villaların hamısı qanunsuzdur. Çünki, bu villalara dövlət əmlakını talamaq hesabına tikilib.
Ikincisi, Ilham Əliyevin rezidensiyasının yaxınlığında “milyonerlər məhəlləsi” adlanan ərazi var. Bu ərazidəki milyonluq villalar qanunidirmi? Ölkə başçısı onların sahibini niyə axtarmır?
Sulutəpədə neft şirkətinin ərazisində Milli Məclisin spikeri Oqtay Əsədovun villaları var. Bu villalar niyə sökülmür? Mərdəkanda, Şüvəlanda, Bilgəhdə nazirlərin 10 milyonluq villaları boylanır, dənizkənarı ərazilər iri məmurların obyektləri, iqamətgahları ilə mühasirəyə alınıb. Bu korrupsiya saçan tikililər barəsində niyə araşdırma aparılmır?
Azərbaycanın turizm əhəmiyyətli bütün rayonları məmurlar tərəfindən ələ keçirilib. Bütün səfalı yerlər 5-10 adamın nəzarətindədir. Sadə vətəndaşlar bu gözəl məkanları gəzməkdən məhrum olublar. Şamaxıdan, Lənkərana qədər bütün gözəgəlimli yerlər zəbt olunub. Məmurlar bu 100 milyonluq tikililəri necə əldə edib və ölkə başçısı bu haqda niyə düşünmür?
Bu siyahını uzatmaq da olar və ciddi araşdırma aparılsa məlum olar ki, sökülməyə layiq 1000-lərlə villalar var. Görünür, ölkə başçısı üçün “qanunsuz tikili” ifadəsi, iri məmurlara və prezidentə şamil olunmur.
Yalnız, hədəf seçilənlər, oyun qaydalarını pozanlar cəzalandırılır.
Necə ki, 15 insanın ölümünə səbəb olmuş yanğına görə JEK müdiri cəzalandırıldı.
Əslində, söküntü işlərinə başdan başlamaq lazımdır. Başdakılar isə başlarını qorumaq üçün ayağa “stavka” ediblər./azadlıq/
507 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber