Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

"ABŞ həmişə xalqların müqaviməti qarşısında məğlub olub"

İran Baş Qərargah rəisi general Həsən Firuzabadi Yəmən məsələsi ilə bağlı danışıb.

Dezful şəhərindəki bir mərasimdə danışan Firuzabadi Səudiyyə Ərəbistanının Yəmənə hücumunu "Səud xanədanlığının qürurundan" qaynaqlandığını deyib.

Firuzabadi ərəb ölkələrinin həyata keçirdiyi əməliyyatda ABŞ-ın təsiri olduğunu söyləyib: "ABŞ illərdir bölgədə bir çox təxribatlar edib. Hər dəfə də xalqların müqaviməti qarşısında məğlub olub. Biz heç bir ölkədə müharibə istəmirik. Ancaq islami dəyərləri və dünya məzlumlarını müdafiə etməyə hazırıq".

Firuzabadinin sözlərinə görə, Səudiyyə Ərəbistanının Yəmənə hücumu bu ölkə xalqına böyük zülmdür: "Bu zülm Səudiyyə Ərəbistanının yox olmasına səbəb olacaq".

Qeyd edək ki, Husilərin Yəməndəki haqsızlıqlara qarşı olan inqilabından sonra Səudiyyə Ərəbistanının rəhbərliyi altında 10 ərəb ölkəsinin yaratdığı hərbi koalisya Yəmənə qarşı əməliyyata başlayıb.
540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38