Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

Nazarbayev: "Rusiya ilə hesablaşmaq lazımdır"

Dünyanın siyasi proseslərində Rusiyanın rolu əvəzedilməzdir və dünya bunu anlamalıdır. RİA Novosti bildirir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

“Rusiya bütün dünyaya dünyada yeri olmasını, bu yeri tutmalı olduğunu və Rusiya ilə hesablaşmağın lazım olduğunu deyir. Bu, real olaraq normaldır və burada fövqəl heç bir şey yoxdur, dünya bunu anlamalıdır”, - Qazaxıstan prezidenti “Rossiya 24” telekanalına verdiyi müsahibəsində bildirib.

Digər tərəfdən isə qazaxıstanlı lider davam edib ki, Rusiya dünya dövləti kimi nəhəng dövlət adına müvafiq olmalıdır.

“Ölkə neft və qaz ehtiyatlarının zənginliyinə görə nəhəng dövlət olmur, dünya işlərində, mövcud problemlərin həllində, bütün dünyada sülhün bərqərar olmasında iştirakı ilə böyük dövlət olur. Bax, burada Rusiyanın rolu əvəzedilməzdir və dünya bunu anlamalıdır”, - Nazarbayev vurğulayıb.

Moskvaya qarşı Qərb ölkələrinin sanksiyaları ilə bağlı vəziyyətdən danışarkən Qazaxıstan rəhbəri qeyd edib: “Rusiya bundan da çətin vəziyyətlərdən çıxıb. Rusiya böyük resursları olan nəhəng ölkədir. Bu vəziyyətdən də çıxacaq”./oxu/
583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...