Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

Səudiyyə-Yəmən sərhəddində qarşıdurma şiddətlənib: 15 Səud əsgəri öldürüldü

Ənsarullah hərəkatı qüvvələri və inqilabi xalq komitələrinin döyüşçüləri Səudiyyənin Yəməndə həyata keçirdiyi hərbi təcavüzünün 61-ci günündə hava hücumlarına qurudan cavab verməyə başlayıb.

Əl-Məyadin televiziya kanalı Yəmən xalq qüvvələri ilə Səudiyyə sərhədçiləri arasında güclü qarşıdurmaların baş verdiyini qeyd edib.

Xəbərdə sərhəd bölgəsində baş verən qarşıdurmaların Səudiyyənin hərbi təcavüzə başladığı 26 mart tarixindən indiyənə qədər ən şiddətli toqquşmalar olduğu bildirilib.

Səudiyyə hava hücumlarına qarşı əvvəllər də bəzi Yəmən qəbilələrinin məhdud hücumları həyata keçirilmişdir. Ancaq keçən həftədən Səudiyyə sərhədçilərinin yerləşdiyi mövqelərə qarşı əməliyyatlara Yəmən ordusu və inqilabi xalq komitələrinin döyüşçülərinin də iştirak etdiyi bildirilir.

Əl-Məyadin televiziyasının verdiyi xəbərdə Yəmən qüvvələrinin keçirdiyi iki ayrı hücumda Səudiyyə sərhədçilərinin yerləşdiyi mövqelərə 150 Katyuşa raketi atıldığı qeyd olunub. Hücumlar nəticəsində 15 Səud əsgərinin öldürüldüyü və 11-nin də yaralandığı vurğulanıb./deyerler/
572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı