Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

FİFA-da korrupsiya - İki vitse-prezidenti həbs edilib

İsveçrədə Beynəlxalq Futbol Federasiyası – FİFA-nın bir sıra rəhbərləri bu gün səhər saatlarında polis tərəfindən saxlanılıb.

FİFA İcraiyyə Komitəsinin iki vitse-prezidenti – Ceffri Uebb və Euhenio Figeredo, eləcə də İK üzvü Cek Uorner Sürix şəhərində qaldıqları oteldə polis tərəfindən nəzarətə götürülüblər. Onlar FİFA-nın illik toplantısında iştirak etmək üçün İsveçrəyə gəliblər. Mayın 29-da keçiriləcək toplantıda indiki prezident Yozef Blatterin növbəti dəfə prezident seçiləcəyi gözlənilir.

Türkiyə mətbuatı yazır ki, FİFA-nın 10 məmurunun həbsinə sanksiya verilib. Lakin onların bəziləri İsveçrədə deyil. Bu şəxslər bəzi ölkələrə dünya çempionatlarının ev sahibliyi hüququnun verilməsi, marketinq və yayım anlaşmaları zamanı korrupsiyaya yol verməkdə ittiham edilir. İttihamlar arasında reketlik, çirkli pulların yuyulması, dələduzluq da var.
706 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP