Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam aleykum. Əgər Ay tutulması, Günəş tutlması, zəlzələ və s. səbəblərdən insanın öhdəsinə ayət namazı vacib olsa, lakin onu yerinə yetirməsə, bir neçə ildən sonra tövbə eləsə və istəsə onları yerinə yetirsin həmin namazların qəzasını əda niyyəti ilə qılmalıdır, ya qəza? Zəhmət olmasa digər müctəhidlərin də nəzərini yazasız. Öncədən minnətdarlığımı bildirirəm.
Ad: Ölkə: Müctəhid: Ayətullah Xamenei

Cavab:

Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Xamenei:
Sualın fərzində əgər ayət namazının vacibliyi Ay və Günəş tutulması səbəbindən olsa, onları qəza niyyəti ilə yerinə yetirməlidir. Amma digər ayət namazlarını gərək əda niyyəti ilə qılsın.
İmam Xomeyni:
Ay və Günəş tutulması namazlarını qəza, zəlzələ ayət namazını əda niyyətilə yerinə yetirsin.
Ayətullah əl-üzma Sistani:
Ay və Günəş tutulması namazlarını qəza, digər ayət namazlarında isə ehtiyata əsasən əda niyyətilə qılsın.
Ayətullah əl-üzma Zəncani:
Ay və Günəş tutulması namazlarını qəza niyyətilə qılsın. Zəlzələ, ildırım, göy gurultusu və s. üçün qılırsa, ehtiyata görə namaz qılan vaxtı əda və qəza niyyəti etmədən qılsın.
Ayətullah əl-üzma Safi:
Ay və Günəş tutulması namazlarını qəza, digərlərini isə hər vaxt qılsa ədadır.
757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP