Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2013

Ukrayna: Yanukoviçin iqamətgahına buldozerlə hücum elədilər

Ukrayna İctimai televiziyasının müxbiri xəbər verib ki, naməlum şəxslər buldozerlə Prezident Administrasiyasına hücuma keçiblər. Onlar Administrasiyanı əhatəyə alan Berkut xüsusi təyinatlılarının avtobuslarını itələyib binaya doğru yol açırlar. Administrasiyanın həyətinə tüstü şaşkaları atılır.
Bu arada “Azadlıq” və “Batkivşina” partiyalarının fəalları Həmkərlar İttifaqının binasını ələ keçiriblər. “Azadlıq”ın sədri Tyaqnibok mitinqçiləri çadırlar qurmağa və həmkarların binasından qərargah kimi istifadə etməyə çağırıb.
Mitinqçilər həmçinin, Kiyev şəhər dumasını da ələ keçiriblər.
“Üçüncü Ukrayna Respublikası” hərəkatının sədri Yuri Lutsenko Maydanda çıxış edərək deyib ki, bu, mitinq deyil, inqilabdır.
15:20
Etirazçılar yenidən Maydana girdi
Kiyevdə Yanukoviç hökumətinin istefası və Avropaya inteqrasiya tələbi ilə mitinq keçirənlər yerli vaxtla saat 13 radələrində yenidən paytaxtın baş meydanına – Müstəqillik meydanına (Maydan) giriblər. Şevçenko parkından hərəkətə başlayan etirazçılar Maydana çatanda oranı mühasirədə saxlayan polislər ərazini tərk ediblər. Etirazçılar Maydana Yolka qurmaq üçün gətirilən texnika və avadanlıqları oradan təmizləyiblər. Yolka üçün quraşdırlan dirəyə isə Avropa Birliyinin bayrağını asıblar.
***
14:50
Avropalı rəsmilər mitinqə qatıldı
Yanukoviç "Yolumuz Avropayadır" dedi;hakim partiyanın deputatları istefa verir
Ukrayna prezidenti Viktor Yanukoviç ölkəsinin Avropa Birliyi ilə yaxınlaşmasını sürətləndirmək üçün əlindən gələni edəcəyi barədə bəyanat verib (korrespondent.net).
“Ukraynanın iqtisadiyyatımız üçün itkilər olmadan və vətəndaşların həyat səviyyəsi pisləşmədən Avropa Birliyi ilə yaxınlaşması prosesinin sürətlənməsi üçün məndən asılı olan hər şeyi edəcəyəm.
Biz istisnasız olaraq milli maraqlarımızı əsas götürməliyik, öz gələcəyimiz üçün məsuliyyətli olmalıyıq. Biz ölkəmizi Avropanın və dünyanın siyasi xəritəsində böyük və həqiqətən müstəqil dövlət kimi qorumalıyıq.
Ukrayna geosiyasi seçimini edib. Biz Avropa xalqıyıq və yolumuz tarixən müəyyənləşib”, - deyə bəyanatda bildirilir.
Ukrayna prezidenti həmçinin, ölkəsinin müstəqillik aktı ilə bağlı referendumun 22 illiyi ilə bağlı xalqı təbrik edib.

Bu arada Kiyevin milis rəisi Valeri Koryak istefa verib. Bundan əvvəl mitinqin dağıdılması ilə bağlı xidməti yoxlama ilə əlaqədar o, vəzifəsindən müvəqqəti kənarlaşdırılmışdı.
İstefa qərarını milis rəisi bu gün daxili işlər naziri Vitali Zaxarçenkonun iştirakı ilə keçirilən kollegiya iclasında açıqlayıb. Nazir isə bildirib ki, araşdırma müddətində rəis səlahiyyətlərinin icrasından kənarlaşdırılıb. İstefa müraciətinə isə araşdırmalar başa çatdıqdan sonra baxılacaq.

Daxili işlər naziri Zaxarçenkonun özü isə mitinq iştirakçılarına qarşı hədsiz güc tətbiq olunmasına görə xalqdan üzr istəyib.

Ukrayna KİV məlumat verir ki, mitinqçilər hakim partiyadan və universitetlərdən dəstək allıb. Ukraynanın xalq deputatı Nikolay Rudkovski Regionlar Partiyasının parlament fraksiyasını tərk etdiyini və birləşmiş müxalifətin tərəfinə keçdiyini bildirib. Deputat Kiyevdə aksiyanın dağıdılmasından sonra bu addımı atmaq qərarına gəldiyini deyib. O, hökumətin istefasını tələb edib. “Əksər həmvətənlərim kimi hesab edirəm ki, Ukrayna Avropadır”, - deyə Rudkovski bildirib.
Radanın daha iki deputatı - David Jvaniya və İnna Boqoslovskaya da Regionlar Partiyasının parlament fraksiyasını tərk etmək niyyətlərini açıqlayıblar. Sonuncu həm də hakim partiyadan çıxmağı planlaşdırır. Hakim partiyadan deputat Viktor Bondar isə deyib ki, Regionlar Partiyasını 20-yə yaxın deputatın tərk edəcəyi gözlənilir.

Kiyev Politexnik İnstitutu və Qrinçenko adına Kiyev Universitetinin rektorları da müxalifətin aksiyalarını dəstəkləyib. Kiyev Politexnik İnstitutunun rektoru Mixail Zqurovski “Vkontakte” sosial şəbəkəsində yazıb ki, bu günə planlaşdırılan aksiyaya tələbələri ilə yollanacaq.
Qrinçenko adına Kiyev Universitetinin rektorun isə tələbələrin ifadə azadlığını videomüraciəti ilə dəstəkləyib. Viktor Oqnevyuk müraciətində mitinq iştirakçılarına qarşı zorakılıqları pisləyib və tələbələri mövqelərini dinc şəkildə ifadə etməyə çağırıb.
Mixaylovsk meydanında keçirilən mitinqə isə Avropa Parlamentinin vitse-prezidenti Yatsek Protaseviç, Avropa Parlamentinin keçmiş rəhbəri Yeji Buzek, Polşa hökumətinin keçmiş rəhbəri Yaroslav Kaçinski də qoşulub./azadliq.info/
1747 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:17
Masallıda sosial pr