Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

İlahiyyatçı alim Ceyhun Cəfərovun məhkəməsi keçirilib

Bu gün "Təkamül" Tərcümə Mərkəzinin hazırda həbsdə olan direktoru, ilahiyyatçı Ceyhun Cəfərov un məhkəməsi keçirilib.

Bu barədə islamazeri.az-a onun qardaşı Əlipaşa Cəfərov məlumat verib.

Ə.Cəfərov bildirib ki, Səbail rayon məhkəməsində keçirilən proses jurnalistlərə və kənar şəxslərə, eləcə də məhbusun yaxınlarına qapalı keçirilib.

"Bu günki məhkəmənin qərarı ilə yenə də köhnə məhkəmə qərarı qüvvədə qalıb. Hazırda apellyasiya məhkəməsinə şikayət etməyi planlaşdırırıq" - deyə, Ə.Cəfərov qeyd edib.

Xatırladaq ki, ilahiyyatçı Ceyhun Cəfərov bu ilin martın 12-də MTN tərəfindən saxlanılıb. Səbail rayon məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
676 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.17, 07:53