Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

“Ölü və kölə deyilsənsə, mübarizə meydanında ol!”

30 may mitinqinə daha bir təsirli çağırış

“Milli Şuranın 30 may mitinqi zəruri məsələlərin müdafiəsinə çağrışdır. Bu mitinqi müdafiə etmək dövlətini, millətini, dinini sevən hər kəsin insanlıq, vətəndaşlıq, vicdan borcudur!
Dəyərlərin, insanlıq ləyaqətinin alçaldıldığı bir cəmiyyətdə zülmə, zalıma etiraz etməmək ya ölülükdü, ya da köləlik! Ölü və kölə deyilsənsə mübarizə meydanında ol!”.

Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü hacı Rövşən Əhmədli facebook səhifəsində 30 may mitinqinə çağırış olaraq yazıb.

R.Əhmədli daha sonra bunları qeyd edib: “Axı niyə səni kimsə “Talana, yalana son” deyə xilas olmağa səsləməlidir, Vətən övladı?!
Şərlənib həbs olunan, işgəncə altında saxlanan, zindanda əzabla öldürülən sənin qardaş və bacıların deyilmi? Hakimiyyət, var-dövlət hərislərinin diri-diri yandırıb külə döndərdiyi insanlar və ailələrin halı səni narahat etmirmi?
Zalım hakimiyyətə etiraz etmək əvəzinə, qorxunu ört-basdır etmək üçün yalançı bəhanələrdən əl çək ! Biz birlikdə güclüyük! Şərəf, izzət və ləyaqətimizi qorumağa hamılıqla səy göstərək!”./azadlıq/
540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı