Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

“Rusiya 2 günə Kiyevi və Baltik ölkələrini tutar”

NATO baş katibi Yens Stoltenberq alyans üzvlərinə hücum olacağı təqdirdə “proporsional cavab” veriləcəyini bildirib. Bu barədə o, Vaşinqtondakı çıxışı zamanı deyib. Baş katib NATO üçün kollektiv müdafiənin ən önəmli məsələ olduğunu söyləyib.
Rusiya təhlükəsi Praqada keçirilən “Bizim təhlükəsizliyimiz” adlı konfransda da müzakirə edilməkdədir. NATO Hərbi Komitəsinin başçısı, çex generalı Pyotr Pavel deyib ki, Rusiya Kiyevi və Baltik ölkələrini 2 günə tutmaq imkanındadır.
Onun sözlərinə görə, bu zaman NATO-nun adekvat reaksiya verməsi asan olmayacaq: “Rusiya Baltik ölkələrinin işğalı haqda qərarı bir neçə saat ərzində verə bilərsə, 28 ölkəni birləşdirən alyans buna razılaşdırılmış mövqe sərgiləmək üçün qat-qat çox zaman sərf edəcək”.
“NATO nüvə silahı belə işlədə biləcək Rusiya ilə müharibə etməklə bağlı ağır bir qərar qəbul etməli olacaq” – general əlavə edib
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21: