Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

Eldəniz Quliyev verilən cəzanın ləğvini istəyir

Tanınmış ziyalının müraciəti əsasında iyunun 1-də məhkəmə iclası keçiriləcək
Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Tanınmış ziyalı müraciətində bu il aprelin 20-də 63 yaşının tamam olduğuna diqqət çəkərək, məhkəmədən ölkə qanunvericiliyinə uyğun şəkildə 480 saatlıq ictimai iş cəzasının ortadan qaldırılmasını xahiş edib.
Eldəniz Quliyevin müraciəti üzrə məhkəmə iclası iyunun 1-nə təyin olunub.
Cinayət Məcəlləsinin 47.4.4-cü maddəsinə əsasən, pensiya yaşına çatmış şəxslərə ictimai işlər cəzası tətbiq edilə bilməz.
Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov 2014-cü ildə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Iddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciət olub. Eldəniz Quliyev “facebook” sosil şəbəkəsində yazdığı, “moderator.az” saytında da dərc olunan həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib və naziri konkret addımlar atmağa çağırıb.
Nəsimi Rayon Məhkəməsi nazirin iddiası əsasında ötən il oktyabrın 30-da Eldəniz Quliyevin 480 saatlıq ictimai işlərə cəlb olunması, həmçinin 1000 manat cərimələnməsi barədə qərar çıxarıb. Məhkəmə zamanı keçirilən ekspertizanın xərci də Eldəniz Quliyevə kəsilən cərimənin üzərinə əlavə edilib və bununla da tanınmış ziyalının ödəməli olduğu məbləğ 1140 manata çatıb.
Bundan başqa, E.Quliyevin ölkədən çıxışı yasaqlanıb və o, hazırda “fəxri əsir” statusuna malik demokratlardan biridir./moderator/
573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...