Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

“Xilas olaq” mitinqi hakimiyyəti qorxuya salıb

Rejim əlaltılarının antimitinq təbliğatı Milli Şuranın düzgün qərar verdiyini göstərir

Milli Şura mayın 30-u, saat 15:00-da növbəti mitniqini keçirəcək. Budəfəki mitinq “Xilas olaq” şüarı ilə keçiriləcək. Bildiyiniz kimi, hakimiyyət bütün vasitələrlə mitinqin keçirilməsinə əngəl törətməyə çalışdı və rəsmi müraciətdə göstərilmiş tarixə “düzəliş” etdi. Yəni bu dəfə özlərinə məxsus olan təxribata əl atdılar və mitinq iştirakçılarının sayını azaltmaq məqsədi ilə 6-cı günə razılıq verildi. Həm də hakimiyyət düşündü ki, Milli Şura bu dəfə də BŞIH-nin qərarına “yox” deyəcək.
Amma bu dəfə Milli Şura mitinqin 6-cı gün keçirilməsinə qərar verdi və bunu bir mənəvi borc kimi dəyərləndirdi. Yəni hakimiyyəti yetərincə ifşa etdi və sonda xalqın tələbini üstün tutdu. Xüsusən də son vaxtlar ölkədə baş verənlər və hakimiyyətin qeyri-adekvat münasibəti bu mitinqin keçirlməsini zəruri etdi. Bakıdakı yanğın hadisəsinin ağrısı keçməmiş, gənc əsgərimizin öldürülməsi xəbəri yayıldı. Amma hakimiyyət yenə də insanların qanını batırmaq, əsl cinayətkarları məsuliyyətdən yayındırmaq yolunu seçdi.
Bütün bunlara etiraz əlaməti olaraq Milli Şura hakimiyyətə deyil, xalqa güzəştə getdi. Yəqin hakimiyyət bu mitinqdə də çalışacaq ki, insanları çaşdırsın, yanlış informasiyalar yaysın, 6-cı gün işləyənləri mitinqə getməmək üçün sıxışdırsın və s.
Amma bu mitinqdə insanların sayının azalması, müəyyən maneələrin yaradılması mitinqin mötəbərliyinə kölgə sala bilməz. Çünki, bu mitinqdə yalan və talana son qoyulması, faciəli yanğına görə əsl cinayətkarların cəzalandırılması, vətəndaşlara dəymiş 2.2 milyard zərərin ödənilməsi, süni qiymət artımının qarşısının alınması, öldürülmüş əsgərin qanının batırılmaması, siyasi məhbusların azad edilməsi, ölkə sərvətlərinin talan edilməməsi tələb olunacaq. Bu tələblər isə hər bir vətəndaşın mənafeyinə uyğundur və hər bir vətəndaş bu etiraza qoşulmalıdır.
Amma məsələnin daha maraqlı tərəfi bundadır ki, hakimiyyət bu mitinqdən təşvişə düşüb. Mətbuatda mitinqlə bağlı yazılan məqalələrin şərh bölümünə antimitinq rəyləri yazılır. Hakimiyyət bütün ştatlı işçilərini mitinqə qarşı kampaniya aparmaq üçün görəvləndirib. Çalışırlar ki, cəmiyyətdə ümidsizlik yaratsınlar, mitinqin əhəmiyyətsizliyini əsaslandırsınlar.
Deməli, hətta mitinqin vaxtının dəyişdirilməsi də hakimiyyəti rahatlada bilməyib. Bilirlər ki, cəmiyyətdə kütləvi narazılıq var və son zamanlar baş verənlər insanları daha da aqressivləşdirib. Bu həm də o deməkdir ki, mitinq qərarı doğrudur.
Əgər hakimiyyət bütün komandası ilə antimitinq təbliğatına köklənirsə, deməli, mitinqlər hakimiyyəti zəiflətmək üçün ən yaxşı metoddur. Deməli, hədəf düzgün seçilib. Əks halda ştatlı rejim əlaltıları mitinqin əleyhinə kampaniyada səfərbər olmazdılar.
Əslində, müşahidə olunanlar sadə vətəndaş üçün də ciddi mesajdır. Əvvəla ona görə ki, hakimiyyətin yürütdüyü siyasət mitinqə gəlməyi zəruri edir və bəhanə üçün əsas vermir. Digər tərəfdən məlum olur ki, mitinqlərin kütləviliyi hakimiyyəti geriyə addım atmağa məcbur edə bilər.
Ümumi mənzərə onu göstərir ki, vətəndaşların kütləvi etirazı olmayacağı təqdirdə, hakimiyyət talan və yalan siyasətini davam etdirəcək. 15 insanın ölümü ilə nəticələnən yanğın hadisəsi də hakimiyyəti silkələmədi. Yalnız “JEK” müdiri və icra başçısının keçmiş müavinini həbs etməklə insanları aldatmağa çalışdılar. Çünki, insanların etirazı əsasən virtual aləmdə müşahidə olundu. Deməli, biz xalq olaraq real aləmdə özümüzü ifadə etməliyik ki, hakimiyyət də real addımlar atsın.
Ayın 30-da Milli Şuranın keçirəcəyi “Xilas olaq” adlı mitinqə xilas olmaq üçün qatılaq. Hakimiyyətin qorxu və təşvişi də sübut edir ki, xilas düstürunu dəqiq tapmışıq. Taleyimizə biganə qalmağa davam etsək, bu yanğın hamımızı alovlandıracaq./azadlıq/
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 10:41