Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

Azərbaycan "oğru" qanunları ilə idarə olunur

“Mənim və ailəmin təhlükəsizliyini təmin edin”

Bu, hüquqları pozulan vətəndaşın İlham Əliyevdən tələbidir

Bakı şəhəri Z.Xəliov küçəsi ev 69, mənzil 15 ünvanda yaşayan Sevda Süleymanova başına gələnləri İlham Əliyevə   çatdırmaq üçün onun qəbuluna düşmək istəyir. Bunun üçün prezidentə ünvanladığı teleqramların qəzetimiz vasitə ilə yayılmasını xahiş edir.
“Mən inanmıram ki, yazdığım məktub və teleqramlar İlham Əliyevə   çatmır, çatsaydı, mənim şikayətimə məhəl qoyulardı”.
Şikayətçi xanım müraciətində bildirir: “Cənab prezident, indi ölkədə gündəmi zəbt edən məsələlərdən biri də iqtisadi cinayətkarlıq nəticəsində bir çox banklardan külli miqdarda pulların mənimsənilməsidir. Mənim həyat yoldaşım da bu cür maxinasiyaların qurbanı olaraq 2 ildir məhbus həyatı yaşayır. Onu aldadanlar isə azadlıqdadır və mühüm dövlət vəzifələri tutur. Bu azmış kimi, susmağım, şikayətlər etməməyim üçün məni təhdid edir, hədələyirlər. Heç bir əsas olmadan polislər qanuni mülkümü əlimdən alıb. Bununla bağlı Daxili Işlər Nazirliyinə dəfələrlə müraciət etmişəm, nazirin qəbulunda olaraq ona sənədlər və faktlar olan disk də təqdim etmişəm”.
Sevda Süleymanova sonda prezidentdən əvvəlcədən əlbir olmuş həmin mütəşəkkil qruplaşmanın qarşısının alınmasını, onları himayə edənlər barədə tədbir görülməsini istəyir. Bizə surətini təqdim etdiyi teleqram bu sözlərlə bitir: “Cənab prezident, sizdən xahiş edirəm, mənim və ailəmin təhlükəsizliyini təmin etmək üçün həmin şəxslər barədə qanun çərçivəsində tədbir görəsiniz. Tədbir görmək mümkün deyilsə, mənim və ailə üzvlərimin Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmağımızı təmin edəsiniz”./azadlıq/
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...