Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

Xərçəng riskini artıran 10 qida

Bəzi alimlərin fikrincə, günlük qəbul etdiyimiz qidaların bir çoxunun əslində xərçəng xəstəliyi riski daşıdığının çoxlarımız fərqində deyilik. Bəs bu qidalar hansılardır?

Mikrodalğalı sobada partladılmış qarğıdalı (popkorn)

Əlverişli olmasına baxmayaraq mikrodalğalı sobada partladılmış qarğıdalının tərkibində yüksək dərəcədə kanserogen maddələr mövcuddur. Bu, xüsusilə qadınlarda uşaq dünyaya gətirmədə, böyrək, qaraciyər kimi orqanlarda xərçəng riskini artırır.

Rafinə edilmiş şəvə meyvəli qazlı kilər

Jeleli konfetlər və buna bənzər şəkərli qidalar xərçəng hüceyrələrinin inkişafını yüksəldir. Xüsusilə tortlar, qazlı içkilər və meyvə suları qadağa olunmuş qidalar sırasında ilk yerlərdədir.

Cipslər

Ləzzətli olduqları qədər yüksək kalori və trans yağlar ehtiva edən bu tip qəlyanaltılar urək xəstəliklərindən tutmuş xərçəngə qədər bir çox xəstəliklərə yol aça bilər.

Emal edilmiş ağ un

Rafinə edildikdən sonra emal edilən ağ un qida dəyərlərini itirməklə yanaşı tərkibində zərərli kimyəvi maddələr də daşıyır. Yalnız artıq çəki qazanmağımızı təmin edən qida olmaqla kifayətlənməyib eyni zamanda xərçəng riski də daşıyır.

Diyet qidalar

Xüsusilə süni dadlandırıcılar daxil olmaqla diyet qidalara əlavə olunan rəng və dadverici vasitələr bu qidaları sağlamlıq üçün təhlükəli qidalar sırasına daxil edir.

Süni dadlandırıcılar

Şəkərdən istifadə etmirsinizsə, süni dadlandırıcılara üstünlük vermiş ola bilərsiniz. Lakin bilinənin əksinə olaraq bu dadlandırıcılar qanda şəkərin miqdarına nəzarət olunmasını çətinləşdirir və beyin şişlərinə belə səbəb ola bilir.

Hisə verilmiş, duza qoyulmuş və duzlu yeməklər

Bu qidalar həzm edildikdə zot turşusu, n-nitrozo deyilən birləşmə əmələ gətirərək xüsusilə mədə və qalın bağırsaq xərçənginə yol aça bilər.

Alkoqollu içkilər (həm də haramdır)

Yaxın zamanda aparılan bir araşdırmaya görə, klimaks dövründən sonra gündə bir dəfə alkoqollu içki qəbul edən qadınların döş xərçənginə yaxalanması riski 30% daha artıqdır.

Emal edilmiş ət

Sosis, vetçina, salyami kimi ətlərin əksəriyyətinin tərkibində yüksək miqdarda duz və kimyəvi maddə vardır. Bir araşdırmaya əsasən, müntəzəm olaraq bu qidalardan qəbul edən insanların erkən ölüm riski 43% artıqdır.

Fermada yetişdirilən qızıl balıq (somon balığı)

Fermalarda yetişdirilən və təbii şəkildə bəslənməyən qızıl balıqlar bütün faydalı xüsusiyyətlərini itirərək tərkibində olan kimyəvi maddələr və antibiotiklərlə xərçəng xəstəliyinin yaranmasına yol aça bilərlər./sağlamolun/

670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber