Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

Texas su altında qalıb

ABŞ-ın cənub ştatları təbii fəlakətin əsarətindədir. Bəndin uçması nəticəsində onlarla rayon su altında qalıb.

Hakimiyyət dairələri dəymiş zərərin miqyasını açıqlamağa tələsmirlər. Bir çox yaşayış məntəqələri ilə əlaqə kəsilib. Yolları su basıb, yüzlərlə ev dağılıb. Suda batan, selin apardığı, yaxud sadəcə tərk edilən avtomobillərin sayı isə minlərlədir.

Texas ştatının 24 dairəsi təbii fəlakət rayonu elan olunub. Yerli KİV-lərin məlumatına görə, bənd beş gün davam edən aramsız yağışlara tab gətirməyib.

Tornado və daşqınlar nəticəsində 18 nəfərin həlak olduğu, 13 nəfərin itkin düşdüyü bildirilir.
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı