Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci bazara çevrilib

Məktub yazan bir qrup tələbənin sözlərinə görə, kollec rəhbərliyi dəyişsə də, vəziyyət dəyişməyib. Yeni direktor təyin olunmuş Natiq Cavadov ümidləri doğrulda bilməyib.
İddialara görə təyinatından hələ az müddət keçməsinə baxmayaraq, direktorun bir çox qanunsuz hərəkətləri müəllim və tələbə kollektivini narazı salıb. N.Cavadov məşğələlərdə iştirak etmək istəməyən tələbələrə rüşvət müqabilində imtahanlardan keçmək imkanı yaradıb.
Hətta semestr ərzində dərsə gəlməyən və qiymətini alan, növbəti kursa keçənlər də var. Direktor və şöbə müdirləri isə hallara maddi maraqlarına görə göz yumur. Nəticədə oxuyub qiymət almaq istəyən tələbələr sıxışdırılır./xalqxeber/
686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber