Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

Yəmən sərhədində silahlı atışma: ölən və yaralananlar var

Səudiyyə Ərəbistanı sərhədçiləri Zahran rayonunda husi üsyançılarının silahlı hücumuna məruz qalıb
Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində atışma baş verib. Nəticədə Səudiyyə Ərəbistanının 2 sərhədçisi həlak olub, 5-i yaralanıb.
Bu barədə Səudiyyə Ərəbistanının SPA rəsmi xəbər agentliyi məlumat yayıb.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin sözçüsü, general-mayor Mənsur ət-Türki ölkə sərhədçilərinin Zahran rayonunda husi üsyançılarının silahlı hücumuna məruz qaldığını açıqlayıb.
Xəbərdə hücum nəticəsində əsgərlər Mufric Yəhya Suveyd əl-Kahtani və Fəhd Əli Məhəmməd Həmzənin öldüyü, 5 əsgərin yaralandığı qeyd edilib.
601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP