Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

FİFA-da korrupsiya qalmaqalı böyüyür

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter qurumda korrupsiya ilə bağlı aparılan təhqiqatı dəstəklədiyini bildirib.

Bu barədə FİFA prezidenti bəyanat yayıb.

Bəyanatla deyilir ki, təşkilatın rəhbərliyi ABŞ və İsveçrə hakimiyyət dairələri tərəfindən aparılan istintaqı alqışlayır: “Hesab edirik ki, bu, FİFA-nın futbolda korrupsiyanın qarşısının alınması üçün indiyədək həyata keçirdiyi tədbirləri gücləndirəcək.”

Xatırladaq ki, mayın 27-də Sürixdə FİFA-nın bir sıra yüksək vəzifəli şəxsləri həbs edilib. Onlar ümumilikdə 10 milyard dollardan çox rüşvət almaqda şübhəli bilinirlər. Korrupsiya cinayətləri üzrə işdə 14 futbol funksionerinin, o cümlədən FİFA-nın iki vitse-prezidentinin adı da var./ans/
1172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP