Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

Rusiya “NATO rəsmiləri bizim hesabımıza dolanır”

“NATO rəsmiləri bütün vaxtlarını Rusiya təhlükəsi fikrini uydurmağa xərcləyirlər”.

Bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov Tvitter hesabında yazıb. O, NATO Baş katibi Yens Stoltenberqin Ukrayna böhranına görə Rusiyanı ittiham etməsinə cavab verib.

“NATO-nun əlində Rusiyanın Ukraynanı təhdid etməsini təsdiqləyən bir sübut belə yoxdur. NATO rəsmiləri bütün vaxtlarını bu fikri uydurmağa xərcləyirlər. Əgər belə etməsələr maaşları kəsiləcək”.

Qeyd edək ki, NATO Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna ilə sərhəddə güclənməsini və Donbasa hərbi qüvvələr göndərməsini gizləmək üçün ani təlimlərdən istifadə etdiyini bildirib./axar/
552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber