Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

Putin FİFA-dakı rüşvətə görə ABŞ-ı ittiham etdi

Rusiya prezidenti Vladimir Putin FİFA məmurlarının İsveçrədə ABŞ-ın tələbi ilə həbs olunması faktına münasibət bildirib.

V. Putin bildirib ki, bu, ABŞ-ın öz yurisdiksiyasını başqa dövlətlərə yaymaq istiqamətində növbəti cəhdidir: “Mən ona da şübhə etmirəm ki, bu, cənab Blatterin yenidən FİFA prezidenti seçilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu isə beynəlxalq təşkilatların fəaliyyət prinsiplərinin kobud şəkildə pozulmasıdır”.

V. Putin qeyd edib ki, FİFA 2018-ci il dünya çempionatının ev sahibliyi hüququnu Rusiyaya verdikdən sonra Y. Blatter təzyiqlərə məruz qalıb: “Cümə günü FİFA prezidentinin seçkisi keçirilməlidir və cənab Blatterin yenidən seçilmək şansı var. Biz Rusiyada dünya çempionatının keçirilməsini qadağan etməsi üçün ona hansı təzyiqlərin göstərildiyini bilirik”.

Xatırladaq ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkə hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 9 nümayəndəsi həbs edilib. İsveçrə polisi isə 2018 və 2022-ci il dünya çempionatlarının Rusiya və Qatara necə verilməsi məsələsini araşdırdığını açıqlayıb./apa/
579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP