Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

Misirlilər Təhrir meydanına girdilər

Misirdə Təhrir Meydanında gərgin anlar yaşanıb

Siyasət Misirdə 1 ildən sonra islamçılar ilk dəfə olaraq liberal və sekulyar etirazların məkanı sayılan Təhrir meydanına daxil olub. Habelə, 2011-ci ildə Hüsnü Mübarək rejimini devirmiş üsyanın mərkəzinə çevrilmiş Təhrirdə, Mursi tərəfdarlarının meydanda qalması çox çəkməyib. Polis qüvvələri qəfildən əraziyə axışaraq, hökümətə qarşı etiraz edənləri, çaşqın vəziyyətdə qoyub. Asayış keşikçiləri çevik hərəkət edərək, əraziyə- kütləvi şəkildə - onlarla göz yaşardıcı qaz kanistri buraxıb ki, etirazçılar meydanı tərk etməyə və ətraf küçələrə dağılmağa məcbur qalıb.

Meydana çox keçmədən sirenaları işə salınmış zirehli polis texnikası və əsgərləri daşıyan altıya yaxın hərbi maşın yeridilib. Etirazçıların Qahirə Universitetindən gəldiyi bildirilir, bundan əvvəl Universitetində qarşısında toplaşan nümayişçilər, polislə toqquşmalar zamanı həyatını itirmiş mühəndislik fakültəsinin tələbəsi Məhəmməd Redanın ölümünə etiraz edib. Aksiyada tələbələr Daxili İşlər nazirliyi və özlərinin dediyi kimi “hərbi rejimə” qarşı şüarlar səsləndirib.

Bazar günü aksiyalarında islamçı olmayan tələbələr də, həmkar yoldaşlarının ölümünə etiraz etsə də, onların nümayişi yalnız Qahirə Universitetinin qarşısında keçən dinc etirazla məhdudlaşıb. Son zamanlar devrilmiş İslamçı prezident Mursinin tərəfdarları olmayan – dünyavi misirlilər belə küçə nümayişlərində fəallaşıb, onlar müvəqqəti hökümətin bu yaxınlarda qəbul etdiyi sərbəst toplaşma hüqunu məhdudlaşdıran qanuna etiraz edir. Yeni qanuna əsasən yaxınlıqdakı polis şöbəsinə yazılı müraciət etmədən 10 nəfərdən çox insanın toplaşmasına icazə verilmir. İstər yerli istərsə də xarici hüquq müdafiəçiləri qanunu pisləyərək, onun ölkənin keçid prosesini geriyə atacağını güman edir.
1548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı