Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

İŞİD İslamla ortaq heç nəyə malik deyil - Ramzan Kadırov

Çeçenistan rəhbəri Ramzan Kadırov "İslam Dövləti" (İŞİD) terror təşkilatının təkcə Yaxın Şərq üçün yox, Rusiya üçün də təhlükə olduğunu bildirib.

RİA "Novosti"nin verdiyi xəbərə görə, o, bu fikrini respublika Daxili İşlər Nazirliyinin komanda tərkibi ilə iclasda açıqlayıb: "Biz bu pisliyə hər vasitə ilə qarşı durmalıyıq."

Çeçenistan rəhbəri ölkə hüquq-mühafizə orqanlarını yerli gənclərin İŞİD və digər quldur dəstələrə cəlb edilmələrinin qarşısını almağa çağırıb: "İŞİD islamla ortaq heç nəyə malik deyil.

Onun yolu dinimizə ziddir. Bu, dünyanın aparıcı islam alimləri tərəfindən sübuta yetirilib.

Onlar heç bir günahı olmayan insanların başını kəsir, güllələyirlər. Bunu hər bir gəncimizə çatdırmaq lazımdır."/SalamNews/
616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13