Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

İlahiyyatçı Ceyhun Cəfərovun məhkəməsi keçirildi

Bu gün “Təkamül” Tərcümə Mərkəzinin hazırda həbsdə olan direktoru, ilahiyyatçı Ceyhun Cəfərov un məhkəməsi keçirilib. Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə təqsirləndirilən Ceyhun Cəfərovun həbsinin ev dustaqlığı ilə əvəz olunmasına dair müdafiə tərəfinin vəsatətinə baxılması prosesində Ceyhun Cəfərovun özünün iştirakı təmin olunub. Bu barədə islamazeri.az-a onun qardaşı Əlipaşa Cəfərov məlumat verib. Ə.Cəfərov bildirib ki, Səbail rayon məhkəməsində keçirilən proses jurnalistlərə və kənar şəxslərə, eləcə də məhbusun yaxınlarına qapalı keçirilib. "Bu günki məhkəmənin qərarı ilə yenə də köhnə məhkəmə qərarı qüvvədə qalıb. Hazırda apellyasiya məhkəməsinə şikayət etməyi planlaşdırırıq"-deyə, Ə.Cəfərov qeyd edib. Xatırladaq ki, ilahiyyatçı Ceyhun Cəfərov bu ilin martın 12-də MTN tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq başladılıb və Səbail rayon məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Martın 16-da isə MTN əməkdaşları “Təkamül” tərcümə mərkəzinin Yasamal rayonu ərazisində yerləşən ofisində axtarış aparıblar. Əlavə edək ki, Ceyhun Cəfərov “Space” televiziyasında “Gecə söhbətləri” verilişinin aparıcısı olub. Bakı İslam Universitetində dərs deyib.
578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01
0 yaşlı