Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2015

Yəməndə vəhabilərin bombardmanı nəticəsində məşhur boksçu şəhid olub

Dünya rekordçusu olan boksçu şəhid olub.

Birinci raundda qazandığı qələbələrin sayına əsasən rekordçu hesab edilən yəmənli peşəkar boksçu Ali Raymi vəhabi Ərəbistanın ölkəsində apardığı hava hücumlarının qurbanı olub. Bu barədə xəbəri idmançının meneceri Feliks Arno “Ring TV”nin amerika saytına verib.

“41 yaşlı bokçsu mayın 23-də ölkənin paytaxtında “Ərəb koalisiyası”nın bomba hücumu zamanı həlak olub. Təəssüf ki, bu həqiqətdir”, – deyə idmançının meneceri bildirib.

O, 2013-cü ilin noyabrında birinci raundda qələbələrinin sayına görə dünya rekordçusu seçilib. İdmançı keçirdiyi 25 döyüşün hamısında nokautla qələbə qazanıb.

İdmançı Ümumdünya boks assosiasiyasının (VBA) reytinqində 6-cı yeri, 48,98 kq-a qədər çəki kateqoriyasında isə Ümumdünya boks təşkilatının reytinqində (VBO) 8-ci yeri tuturdu.
514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP