Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2015

İstidən havadan ölənlərin sayı 1700-ü keçdi

Hindistanda bir həftədir davam edən anomal isti hava nəticəsində ölənlərin sayı 1700 nəfəri keçib. “TASS”ın verdiyi xəbərə görə, anomal isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında qeydə alınıb –1300 nəfər. Telanqana ştatında isə 440 nəfər istilərin qurbanı olub. Adı çəkilən ərazilərdə 47 dərəcə isti qeydə alınıb.

Andxra Pradeş ştatının rəhbərliyi səyyar yardım məntəqələrinin yaradıldığını elan edib. Bu məntəqələrdə sakinlər içməli su və süd ilə təmin olunurlar.

Qərbi Benqaliya, Bixar, Odişa və paytaxt Nyu Delidə də onlarla insan isti havanın qurbanı olub.

Sinoptiklər isti havanın həftənin sonunadək davam edəcəyini proqnozlaşdırırlar.
516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54