Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2015

Platinidən sərt xəbərdarlıq

FİFA rəhbəri seçkilərində hazırkı prezident Yozef Blatterin qələbə qazanacağı təqdirdə UEFA FİFA İcraiyyə Komitəsindəki yerlərindən imtina edəcək, qərar on gün ərzində veriləcək. RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə UEFA prezidenti Mişel Platini bildirib.

“Səsvermədə qələbə qazanmayacağımız təqdirdə FİFA-nın İcraiyyə Komitəsində iştirak etməməyimizə dair qərar qəbul edə bilərik. Qərar vermək üçün 10 gün vaxtımız olacaq”, deyə Platini mətbuat konfransında bildirib.

Qeyd edək ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkənin hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 9 nümayəndəsi korrupsiyada ittiham olunaraq həbs edilib.

Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.
886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP