Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2015

Sürücüləri aldadan "gözəgörünməz" yol nişanları

Paytaxtda bəzi yol nişanları yaşıllaşmış ağacların budaqlarının arasında görünmür. Bu halda isə sürücülər bilmədən ya qayda pozurlar, ya da qəza törədirlər. Bəs görəsən, bu nişanlara nəzarət necə aparılır?

Paytaxtda bəzi yollarda yol nişanları sürücülər tərəfindən görülmür. Buna səbəb bu nişanlarının ağacın budaqlarının arasında qalmasıdır. Nəticədə görünməz olan işıqforlar, yol nişanları digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaradır.

Məsələyə münasibət bildirən ekspert Azər Allahverənov deyir ki, yol nişanlarının vəziyyətinə daima nəzarət edilməlidir. Bu nişanların ağacların arasında görünməz şəkildə olması yol qəzalarının baş verməsinə səbəb olur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilir ki, yol nişanları daim əraziyə təhkim edilmiş yol patrul xidmətinin əməkdaşlarının nəzarətindədir. Bu günə qədər idarəyə 74 yol nişanının ağacların budaqlarının arasında qalması barədə məlumat daxil olub. Bu məlumatlar əsasında Respublika Yol Polisinin Siqnal İdarəsi rəhbərliyinin imzası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı departamentinə müraciət edilir. /Xezerxeber/
568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber