Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2015

“Ən adi insan hüquqlarını pozan bu hakimciyəzlər...”

Tanınmış hüquqşünas Qurban Məmmədov İlham Əliyevin 28 May Respublika Gününə həsr olunmuş çıxışını xatırladaraq cəmiyyətin ictimai fəallığının hələ ki, reallıqda bir şeyə yaramadığından təəssüfünü aşağıdakı etirazında bildirib:

"Nəsimi rayon məhkəməsinin sədri Ağamalı Qafarovun əlinə fürsət düşüb: mənə görə "M O L O D E S ..." qazanır!
Haqqımdakı cinayət işinin materiallarının surətini Avropa Məhkəməsinə göndərmək üçün kserosurətləri əldə etmək məqsədilə Ağamoğlana ərizə yazmışdım.
Ağamoğlan da göstəriş verib ki, olmaz.

Cənab İlham Əliyev, çıxışınızda ictimai nəzarətin əhəmiyyətindən bəhs etdiniz və hamını buna səslədiniz. Elə isə bu cür hakimlərlə bağlı tədbir gördüyünüzü əməlinizlə sübut edin. Əks halda Ağamoğlanın Sizə olan sədaqətinə görə ona bir yekə "MOLODES..." göndərin.
Ən adi insan hüquqlarını pozan bu hakimciyəzlər görün sıravi adamların başında nə qozlar sındırırlar...
Bu rejim əbədi deyil, Agamoğlan! ALLAHa yalvar ki, rejim dəyişməsin, ya da rejim dəyişənədək sən dünyanı dəyişəsən. Yoxsa səni də, hakim cübbəsinə ləkə gətirən o Emin Mehdiyevi də ... düz işləməyə, qanunlara əməl etməyə məcbur edəcəyəm. Sizinçün ən böyük cəza da budur."/moderator/
484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 18:57
Rusiya Ukraynanı r