Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

Deputat Poroşenkonu tənqid etdi

Gürcüstanın sabiq prezidentinin yeni vəzifəsi bəzi ukraynalı siyasətçiləri qıcıqlandırıb.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru təyin edilməsi Ukraynanın Radkial partiyası lideri Oleq Lyaşko tərəfindən səhv addım kimi qiymətləndirilib.

O, Saakaşvilinin bu təyinatını Ukrayna milləti üçün baş alçaqlığı olaraq qəbul edib. Onun fikrincə, belə bir nəticəyə gəlmək olar ki, ukraynalılar öz ölkələrini idarə edə bilmir.

“45 milyonluq Ukraynada bir ləyaqətli vətəndaş tapılmadı ki, Odessanın başçısı olsun? <...> Olarmı, prezidenti də xaricdən yazaq?”, – deyə o, “facebook” səhifəsində kəskin iradını bəyan edib.

Qeyd edək ki, M.Saakaşvilinin təyinatını Ukraynanın Ekologiya naziri İqor Şevçenko özünün “Facebook” səhifəsində təsdiq edib.

Təyinata dair rəsmi açıqlamanın isə bu gün veriləcəyi gözlənilir.
628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı