Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

Ərdoğanın Suriyaya dərman göndərdiyi iddia edən TIR-lardan görün hansı silahlar çıxdı

Rəcəb Tayyib Ərdoğanın Suriyalı türkmənlərə ərzaq yardımı göndərildiyini iddia etdiyi TIR-larda Cümhuriyyət qəzeti böyük bir miqdarda sursat daşındığını göstərib.

Cümhuriyyət qəzeti və saytı 19 Yanvar 2014-cü il tarixində qaynar xəttə verilən xəbərlə saxlanılan və Milli Kəşfiyyat Təşkilatına (MİT) məxsus olan TIR-larda artilleriya, top və tüfəng mərmiləri kimi sursatların görüntülərini yayımlayıb.

Xatırladaq ki, Adana Prokurorluğuna verilən xəbər əsasında, "silah daşındığı" iddiası ilə saxlanılan TIR-lardakı yüklərin müsadirə olunması MİT və İcra nümayəndəliyinin tabeliyində olan polislər tərəfindən maneə törətmişdi. O, dövrdə baş nazir olan Rəcəb Tayyib Ərdoğan və daxili işlər naziri Efkan Ala başda olmaqla bir sıra hökumət rəsmiləri silah daşındığı iddiasını inkar etmişdilər. Rəsmilər TIR-ların Suriyadakı türkmənlərə ərzaq yardımı daşıması istiqamətində bəyanatlar vermişdi.

Cümhuriyyət qəzetinin əldə etdiyi görüntülərdə, TIR-larda olan metal qutuların içində yerləşdirilmiş karton qutularda dərmanlar olduğu görünür.

Ancaq bu qutuların götürülməsindən sonra, alt tərəfdə isə artilleriya, top və tüfəng mərmilərinin yerləşdirildiyi görünür.

Cümhuriyyət qəzeti MİT TIR-larından 1000-ədəd qumbaraatan, 1000 ədəd ağır artilleriya, 50 min ədəd avtomat silah və 30 min ədəd pulumyot mərmisi olduğunu bildirib.

Qeyd edək ki, artıq Türkiyə hökumətinin qərarı ilə bu gün Türkiyə Baş Prokurorluğunda Cümhuriyyət qəzetinə qarşı cinayət işi açılıb, qəzet əməkdaşları istintaqa çağırılıb./deyerler/

  


Ərdoğanın Suriyaya dərman göndərdiyi iddia edən TIR-lardan görün hansı silahlar çıxdı


Ərdoğanın Suriyaya dərman göndərdiyi iddia edən TIR-lardan görün hansı silahlar çıxdı


Ərdoğanın Suriyaya dərman göndərdiyi iddia edən TIR-lardan görün hansı silahlar çıxdı



Ərdoğanın Suriyaya dərman göndərdiyi iddia edən TIR-lardan görün hansı silahlar çıxdı


Ərdoğanın Suriyaya dərman göndərdiyi iddia edən TIR-lardan görün hansı silahlar çıxdı



684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı