Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

Eldəniz Quliyev küçə süpürür

Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kinodramaturq Eldəniz Quliyev məhkəməyə müraciət edib. O, Nəsimi rayon 14 saylı mənzil-istismar sahəsində 480 saatlıq ictimai işə cəlb olunması barədə məhkəmə qərarının ləğvini istəyir.

Nəsimi Rayon Məhkəməsi həmin qərarı daxili işlər naziri Ramil Usubovun iddiasına əsasən keçən ilin oktyabrında çıxarıb, apreldə Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Məhkəmə Eldəniz Quliyevin 1000 manat ödəməsi haqda da qərar çıxarıb. Bundan başqa onun ölkədən çıxmasına da yasaq qoyulub. E.Quliyevin müraciəti üzrə məhkəmə isə iyunun 1-də olacaq.

Eldəniz Quliyev AzadlıqRadiosuna müsahibəsində 10 günə yaxındır küçə süpürdüyünü deyib: “Artıq 10 günə yaxındır ki, mən hər gün Nəsimi rayonundakı 14 saylı mənzil-istismar sahəsinə gedirəm. Orada məni sanitar işlərlə məşğul olmağa cəlb ediblər. Hər gün saat 4-də gedib 4 saat bu işlə məşğul olmalıyam. Mən də gedirəm. Hər hansı bir iş olarsa, yerinə yetirirəm”.

E.Quliyev bu vaxta qədər gördüyü işlərdən də danışıb. Deyib ki, ona hər gün də olmasa, hər halda, iş tapılır və süpürgəçiliyi də yaxşı öyrənib: “Bu 10 günün içində peşəkarcasına küçə süpürməyi öyrənmişəm. Hər gün də olmasa, günaşırı bir iş tapırlar. Amma bunlar bəzən az qalır məni nəzarət altında işlətsinlər. Mən mətbuata xəbər vermirəm və bu işi görməkdən qətiyyən çəkinmirəm. Hesab edirəm ki, insan mübarizədə bərkiyir. Bu da mübarizənin bir formasıdır”.
636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı