Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

İraq ordusu İŞİD-in 53 üzvünü məhv edib

İraq ordusu Ənbar əyalətinin inzibati mərkəzi olan Rəmadi şəhəri ətrafında qurduğu pusquda İŞİD-in 33, əyalətin əl-Qaim şəhəri ərazisində keçirdiyi əməliyyatda isə aralarında beş aparıcı komandirin də olduğu 20 üzvünü məhv edib.

"Al Alam" televiziya kanalının verdiyi xəbərə görə, məhv edilən komandirlərdən ikisi Şimali Afrikadan və Avropadan gələn terrorçuların işləri ilə məşğul olur, çeçenistanlı digər komandir isə kamikadze hücumlarını təşkil edirmiş. Öldürülənlər arasında, bundan başqa, bir ərəb komandir və onların yerli koordinatoru da olub.

Ordu qüvvələrinin Rəmadi şəhəri ətrafında qurduğu pusquda isə Terror təşkilatının 33 üzvü zərərsizləşdirilib.

Yeri gəlmişkən, İraq ordusuna tabe olan Xalq Səfərbərlik Qüvvələri (könüllü şiə briqadaları) Ənbar əyalətinin Rəmadi və Fəllucə şəhərlərinin taleyinə Ramazan ayına qədər aydınlıq gətiriləcəyini bəyan edib./SalamNews/
578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27