Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

QAT müharibə və “rədd olsun erməni!” anonsu verdi

Bir səhra komandiri, bir polkovnik, üç Qarabağ döyüşçüsü QAT rəhbərliyinə seçildi

Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin toplantısı keçirilib. İclasa QAT Ağsaqqallar Şurasının üzvü Nadir Ağayev sədrlik edib. Əvvəlcə dövlət himni oxunub, şəhidlərin xatirəsi yad edilib.

Sonra təşkilati məsələlərə baxılıb. Qarabağ döyüşçüləri Murad Məhərrəmli, İlham Əbilov, Fəxrəddin Alıyev, ehtiyatda olan polkovnik Yusuf Cəfərov, jurnalist Sevinc Axundova Ali Məclisə, bir müddət mühacirətdə olaraq Vətənə qayıtmış Barat İmani, səhra komandiri Qələndar İsmayılov İdarə heyətinə üzv seçiliblər.

Daha sonra QAT sədri Akif Nağı geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında Qələndar İsmayılov, Nəsib Cəfərov, Cəfər Həşimov, Mahirə Muradova, Tahir Məmmədli, Elxan Rəhimli və digərləri çıxış ediblər. Müzakirə olunan məsələlərlə bağlı qərarlar qəbul olunub. İki məsələ ilə bağlı ayrıca sənəd qəbul edilib.

Erməni idmançılarının Bakıya gözlənilən səfəri ilə bağlı qəbul olunmuş bəyanatda vurğulanır: İstənilən erməni nümayəndəsinin, o cümlədən erməni idmançısının Bakıda tədbirə qatılması adi məsələ deyil. Bu, erməni siyasətinin tərkib hissəsidir. Bu siyasətlə Ermənistan rəhbərliyi və onların havadarları işğal faktını unutdurmağa çalışırlar. Bakıya gələn erməni idmançısı idmançı deyil, terrorçudur, işğalçıdır, işğalçı Ermənistan rejiminin nümayəndəsi, erməni təbliğatının daşıyıcısıdır. Ona görə də onların gəlişinə heç bir halda yol vermək olmaz. Hər kəs bu səfərin qarşısını almaq üçün əlindən gələni etməlidir. İclasda erməni idmançılarının Bakıya girişinə imkan verməmək üçün fəaliyyət planı qəbul edilib.

Ali Məclisin qəbul etdiyi digər sənəddə isə göstərilir ki, indi Qarabağda müharibəni başlamaq üçün əlverişli şərait yaranıb: Rusiya çətin durumdadır, başı Ukrayna məsələsinə qarışıb, Qərbin sanksiyaları ilə bağlı ciddi problemlər yaşayır; Ermənistan Rusiya ilə daha çox yaxınlaşıb, Avrasiya İttifaqına üstünlük verib, ona görə də Qərbin ciddi dəstəyinə ümid edə bilməz; Türkiyə kifayət qədər güclü və iddialıdır, Azərbaycana ciddi dəstək vermək niyyətindədir; İranın sanksiyaların ləğvindən sonra Ermənistanla əlaqələrə ehtiyac yoxdur; Azərbaycan hərbi və iqtisadi cəhətdən güclüdür.

Bütün bu amillər müharibəni başlamağı mümkün və vacib edir.
570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10