Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

“Hakimiyyət 22 ildir ki, ictimai rəyə tüpürə-tüpürə gəlir”

İlham Əliyev son çıxışlarının birində baş verən qanunsuzluqları ictimai rəyin zəifliyi ilə əlaqələndirib və kimliyindən asılı olmayaraq bir şəxsin bütün sahələrə nəzarət etməsinin qeyri-mümkün olduğunu vurğulayıb.
Əliyevin bu çıxışı ictimai rəydə birmənalı qarşılanmayıb. Belə ki, bəzi siyasilər hesab edir ki, əslində bu gün Azərbaycanda baş verən əksər qanunsuzluqların başında elə hakimiyyətin özü dayanıb.
Ehtiyatda olan ədliyyə generalı, Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal Moderator.az-a açıqlamasında ölkə başçısının bu çıxışını şərh edib:
“Demokratik cəmiyyətlərdə demokratiyanın atributlarından biri müxalifətin, vətəndaş cəmiyyətlərinin mövcudluğudur. Əlbəttə ki, bir nəfər bütün sahələrə nəzarət edə bilməz. Müxalifət təmsilçiləri, vətəndaş cəmiyyətinin üzvləri cəmiyyətdəki neqativ halları, boşluqları dövlət və hakimiyyət orqanlarının nəzərinə çatdırırlar. Normal cəmiyyətlərdə bu, belədir. Hakimiyyət isə 1993-cü ildən bəri müxalifəti, vətəndaş cəmiyyətini sıradan çıxartmaqla məşğuldur. Hakimiyyət 22 ildir ki, ictimai rəyə tüpürə-tüpürə gəlir. İctimai rəyin hakimiyyət üçün heç bir əhəmiyyəti yoxdur. Hakimiyyət təmsilçiləri milyardlarla vəsait mənimsəyib, ölkəni korrupsiya və rüşvətlə idarə ediblər. Müxalifət nümayəndələrini həbs ediblər, təzyiqlərə, repressiyalara məruz qoyublar. Məhz bu baxımdan hesab edirəm ki, ölkədə baş verən bütün qanunsuzluqlara görə məsuliyyət hakimiyyətin üzərinə düşür və onlar bu qanunsuzluqlara rəvac verən insanlardır”.
586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber