Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

Şiə qüvvələri irəliləyir: Ramadi mühasirəyə alındı

İraq Müdafiə Nazirliyi İŞİD terrorçularının işğal etdiyi Ramadi şəhərinin tamamilə mühasirəyə alındığını açıqlayıb.

Açıqlamada bildirilir ki, Ənbar vilayətinin mərkəzi Ramadinin azad edilməsi üçün əməliyyatlara davam edən İraq ordusu və Xalq Birliyi qüvvələri şəhərin bütün çıxışlarını bağlayıb.

Digər tərəfdən Bağdad Əməliyyatlar Komandanlığının sözçüsü general Saad Maan Əl-İraqiyyə televiziyasına verdiyi müsahibəsində ordu qüvvələrinin bu gün səhər Səlahəddin ilə Ənbar vilayətləri arasında yerləşən və paytaxt Bağdadın qərbindəki bölgələrin su ehtiyacını qarşılayan Nazim ət-Taksim anbarı ətrafında İŞİD mühasirəsinin yarıldığını bildirib:

“İraq qüvvələri bomba yüklü 5 vasitənin məhv edilməsi, 18 terrorçunun öldürülməsi, terrorçular tərəfindən yerləşdirilən 80 bombanın zərərsizləşdirilməsi və böyük miqdarda hərbi sursatın ələ keçirilməsi ilə böyük zəfər qazandı”./axar/
517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı