Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

Dünaynın ən kasıb prezidenti: “Kəfənin cibi yoxdur”

Görəsən hakimiyyətdə olan bizim harınlamış məmurlarımız (bütün hakimiyyətə aiddir) da bilirlərmi ki kəfənin cibi yoxdur?!

Uruqvayın sabiq prezidenti Xose Muxika dünya liderlərinin zəngin həyat tərzinə münasibət bildirib.

Axar.az xəbər verir ki, İspaniyanın Madrid şəhərində “Casa de America” təşkilatında çıxış edən sabiq lider hamının eyni tərzdə yaşamalı olduğunu deyib:

“Demokratiyalarda əksəriyyət necə yaşayırsa elə yaşamaq lazımdır. Pulu olan bir qism azlıq kimi deyil. Sadəlik azad olmaq üçün hər şeydən yaşıdır. Həyat tərzimə görə mən fenomen filan deyiləm. Fenomen onlardır. Mənim bir günahım yoxdur. Maddi mövzular həyatımı çətinləşdirmir. Yaşım 80-i ötür. Kəfənin cibi yoxdur”.

Xatırladaq ki, 1935-ci il mayın 20-də dünyaya gələn Muxika 1960-1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizədə iştirak edib. O, "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı"dır) üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla müxtəlif qarşıdurma üsullarından istifadə edib. Altı dəfə vurulub və 15 il həbs həyatı yaşayıb.

2010-2015 illərdə Uruqvay prezidenti olan Muxika 1 mart 2015-ci ildə kreslosunu Tabari Vazquezə təhvil verib./axar/
498 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...