Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

Milli Şuranın "Xilas Olaq" mitinqi uğurla baş tutdu

"Yalnız hakimiyyət  xalqı qarşısında görəcəyi təqdirdə soyğunçuluq dayanacaq"

Milli Şuranın bu gün “Xilas olaq” şüarı altında keçirdiyi aksiya sona çatdı. Aksiya saat 15.00-dan 17.00-dək “Məhsul” stadionunda keçirildi. 

Aksiya ilə bağlı ən son xəbərlər üstdəkilər olacaq.

Mitinq qətnamənin oxunması və "Koroğlu" uverturasının səslənməsi ilə başa çatdı. 

Öyrədilmiş gənc aksiyanın gedişi zamanı tribunaya qalxaraq. təxribat törətməyə çalışsa da bunun qarşısı alındı. 

"Torpağı işğal altında olan hakimiyyət korrupsiyaya qurşanıbsa ondan torpaq azad etməyi gözləmək yersizdir".

Hazırda çıxış üçün söz Milli Şuranın sədri Cəmil Həsənliyə verilib. C.Həsənli bildir di ki, ADR quran babalarımız ona görə canlarını fəda etməmişdilər ki, dövlətimiz bir ailənin sülalə hakimiyyətinə çevrilsin: "O zəif hakimiyyətlə, az güclə suverenliyimizi Qarabağın dağlıq hissəsində də bərpa etmişdilər. Bu gün Avropada xərclənən, qurulan parklarla nədən 25 ildir ki, Şuşada bayrağımız dalğalanmır. Daha nə olmalıdır ki, düşmən tapdağında qalan torpaqlarımız azad edilməsin. Torpağı işğal altında olan hakimiyyət korrupsiyaya qurşanıbsa ondan torpaq azad etməyi gözləmək yersizdir. Bu millətlə belə davranmaq, onun haqq səsinə təcavüz etmək olmaz". 

Mayın 29-da ölkədə gerçək faciənin baş verdiyini deyən C.Həsənli vurğuladı ki, insanlar kütləvi şəkildə yansa da, 15 nəfər dünyasını dəyişsə də vəzifəli şəxslərdən heç kim məsuliyyətə cəlb olunmadı: "Bəs siz bu üzlükləri insanlar yaşayan binaya vuranda bilmirdiz ki, bu alovun qarşısını almaq olmayacaq. Bu ölkənin yol kənarındakı hasarları az qala mərmərdən etdilər. Amma körpə uşaqların yaşadığı binalara ölüm üzlükləri çəkildi".

"Taleyimizi özümüz yazmalıyıq, heç kim bizim yerimizə bunu etməyəcək. Ölkənin taleyi sizin əlinizdədir", deyə C.Həsənli vurğuladı.

AXCP Gənclər Komitəsini üzvü Elvin Abdullayevin anası növbəti çıxışçıdır: "Məhkəmə Ekvinin əqidəsində dönməsini istəyir. Oğlumu şərləyib həbs edirlərş Mənim oğlum gələcək tarixçidir. Sizə tarixçi lazım deyil? Gəncləri manqurtlaşdırırsız, savadsızlıq hökm sürür. Gücünüz mənim oğluma çatır? Onun üstünə düşüb dıyürsüz, ac-susuz saxlayırsız. Siz ermənisiz? Bunu heç erməni etməz".

"Azadlıq" qəzetinin baş redaktorunun müavini Rahim Hacıyev çıxışında qeyd etdi ki, hazırda ağır günlərini yaşayan qəzet məhz ictimaiyyətin dəstəyi nəticəsində hələ də işıq üzü görür:  "Qəzetin kollektivi həqiqətə xidmət missiyasını sizin dəstəyinizlə davam etdirir. Neçə aylardır maaş almasaq da ictimaiyyətin dəstəyi bizim hələ də işıq üzü görməyimizə səbəbdir. Hazırda vətəndaşlıq mövqeyi sərgiləmək artıq bir vəzifədir".

Hazırda çıxış üçün söz AXCP sədri Əli Kərimliyə verilib. Ə.Kərimli bildirdi ki, BŞİH-dən havaların isti olmasına görə, aksiyanın saat 17-dən 19-dək keçirilməsi istənilsə də buna şərait yaradılmadı.

Ə.Kərimlinin sözlərinə görə, bu da təsadüfi deyil: "Aksiya başlamamışdan öncə biz Binəqədidəki faciədə dünyasını dəyişənlərin ruhunu yad etdik. Biz dəfələrlə yazmışdıq, demişdik ki, bu üzlüklər tez alışandır gərək körpə balalarımız dünyasını dəyişeydi ki, bunlar bunu anlayaydı. Hazırda həmin üzlüklər sökülür. Amma neçə hadisə bu üzlüklərin sökülməsini zəruri etmişdi".

Ə.Kərimli bildir dik, martın 15-dən "Talana Son" aksiyaları başlayıb. Demokratik qüvvələr korrupsiyaya, rüşvətə son qoyulmasın tələb edir. "Amma hakimiyyət oturub neftin qiymətinin artmasını gözləyir. Ölkə ikinci devalvasiyaya gedir. Bu isə işsizliyin sayının artması, alınan əmək haqlarının daha da dəyərsişləşməsi deməkdir. Hakimiyyət yalnız xalqı qarşısında görəcəyi təqdirdə soyğunçuluq dayanacaq. 

Mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı aksiya iştirakçılarını salamlayaraq onlara "Xilas Olaq" şüarına dəstək verdiklərinə görə təşəkkür etdi.

Mitinq dövlət himninin səslənməsi ilə açıq elan edildi. Daha sonra aksiya iştirakçıları mayın 19-da Binəqədidəki faciədə və əsgərlikdə müəmmalı şəkildə  dünyasını dəyişən gənclərin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, polislər İlham Əliyevin adı olan plakatları meydana buraxmırlar. F.Qəhrəmanlı bunun qeyri-qanuni addım olduğunu bildirdi.

Amma aksiya öncəsi təşkilatçılar tərəfindən təxribat kimi qiymətləndirilən bəzi olaylar baş verib. Belə ki, Milli Şuranın öncəki aksiyalarında tribunanın önündə asılan "Talana Son" şüarı polis tərəfindən cırılıb. Ona görə budəfəki aksiyada tribunanın önündən "Siyasi Məhbuslara Azadlıq" şüarı asılacaq.

Daha bir sual doğuran olay aksiya təşkilatçılarının meydana daxil olarkən üzləşdiyi mənzərə olub. Təşkilatçılar tribunanın önündə içi qumla doldurulmuş xeyli sayda plastik butulkalar aşkar ediblər. Təşkilatçılar həmin butulkaları təmizləyiblər. Onların hansı məqsədlə tribunanın önünə atıldığı bilinmir./azadlıq/

1252 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı