Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2015

İdman müəllimi direktorun və “zavuç”un boğazını kəsdi

Tacikistanın qərbindəki Tursunzadə şəhərində idman müəllimi məktəb direktorunu və “zavuç”u bıçaqla qətlə yetirib. “İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə Tacikistan DİN-in məlumatında bildirilir.

“53 yaşlı idman müəllimi Tacikistanın əməkdar məşqçisi Yuldoş Aymatov pedaqoji fəaliyyəti ilə məktəb rəhbərliyi ilə arasında olan ədavət zəminində səhər saatlarında məktəb direktoru Dilora Nişonovanın kabinetinə gəlib və yaranan mübahisə zamanı üzərindəki bıçağı direktorun boğazına sancıb. Aldığı ağır bıçaq yarasından qadın hadisə yerində keçinib”, deyə məlumatda bildirilir.

Qətli törətdikdən sonra Aymatov məktəbin həyətinə çıxıb və burada məktəblilərin gözü qarşısında məktəbin “zavuç”u, öldürülən direktorun bacısı Gülnarə Yuldaşovanın boğazını kəsib. Aldığı ağır yaradan qadın hadisə yerində keçinib.

Yuldoş Aymatov hadisə yerini tərk edib, lakin az müddət sonra evində polis əməkdaşları tərəfindən saxlanılıb./lentaz/
548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber