Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2015

Rusiya Qərbə qarşı çevik hərbi qüvvələr yaradır

Rusiyada hərbi desant qüvvələrinin bazasında çevik hərbi qüvvələr yaradılması planlaşdırılır. Musavat.com-un Rusiya informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə desantların komandanı Vladimir Şamanov radioefirdə bildirib.

“Baş Qərargah tərəfindən müəyyən edilmiş vəzifələri və onların tətbiq olunma prinsiplərini nəzərə alaraq, Rusiya əsasını hərbi desant qüvvələrinin təşkil edəcəyi çevik hərbi qüvvələr yaratmağı planlaşdırır. Bu qüvvələr həm müstəqil qruplaşma kimi, həm də ayrıca seçilmiş istiqamətlərdə qruplaşmalar tərkibində hərəkət edəcək” – deyib Şamanov.

Qeyd edək ki, az öncə Avropa Birliyi ölkələri birgə çevik hərbi qüvvələr yaratmaq haqda qərar qəbul eləmişdilər.
561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...