Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2015

Xristian İŞİD-çinin başını kəsdi

Suriyada bu dəfə İŞİD terror qruplaşmasının üzvünün başını kəsdilər

Bu barədə xəbəri insan haqlarının qorunması yönündə fəaliyyət göstərən “The Syrian Observatory for Human Rights” təşkilatının fəalları xəbər yayıb.

Hadisənin baş vermə səbəbi isə İŞİD terror təşkilatı üzvlərinin girovlara qarşı tətbiq etdikləri ölüm cəzasının qisası göstərilir.

Əldə olunan məlumata əsasən, xristianlardan ibarət müdafiə dəstələri Xasake rayonunda kəndlərdən birində İŞİD üzvünü tutublar. Dindirilmə zamanı tutulan terrorçu olduğunu boynuna alıb. Bu zaman İŞİD cəlladlarının fəaliyyəti nəticəsində yaxınını itirən xristian döyüşçülərdən biri onun başını balta ilə kəsib./ans/
610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...