Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2015

Medvedevdən Saakaşvili açıqlaması: Bədbəxt Ukrayna

Rusiyanın baş naziri Dmitri Medvedev Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessanın qubernatoru təyin olunmasına münasibət bildirib.

Bu haqda baş nazir “Twitter” hesabında yazıb.

"Saakaşvili — Odessanın başçısıdır. Şapito-şou davam edir. Bədbaxt Ukrayna", — deyə “Twitter”də Medvedev yazıb.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilinin Odessa qubernatoru təyin edilməsi barədə fərman imzalayıb. Bundan başqa, Gürcüstanın sabiq prezidenti Ukrayna vətəndaşlığını alıb.

Odessada yeni qubernatoru təqdim edərkən Poroşenko Saakaşvilini "Ukraynanın böyük dostu" adlandırıb./ans/
632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber